DÜNYA


Rusiya ilk üzən nüvə stansiyasını istifadəyə verib

Bakı, 7 noyabr, AZƏRTAC

Rusiya özünün ilk üzən nüvə stansiyasını istifadəyə verib.

AZƏRTAC “Sputnik”ə istinadla xəbər verir ki, Rusiyanın “Rosatom” Dövlət Korporasiyası ilk üzən nüvə stansiyasını istifadəyə verib. “Akademik Lomonosov” adlı nüvə stansiyasının sağ reaktoru tam gücünə çatıb.

Sankt-Peterburqdakı Baltik zavodunda istehsal olunan nüvə stansiyası liman şəhərləri, böyük sənaye müəssisələri, dənizdəki neft və qaz hasil edən obyektlərin elektrik enerjinə olan tələbatını təmin etmək üçün nəzərdə tutulub. İki reaktordan ibarət stansiya 70 meqavat elektrik enerjisi istehsal edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.