İDMAN


Rusiya millisi Azərbaycan ilə oyun üçün heyətini açıqlayıb

Bakı, 13 mart, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit-raund mərhələsindəki rəqibi Rusiya yığması heyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, heyətdə qapıçılar - Maksim Boriska, Anton Şitov, müdafiəçilər – Rail Abdullin, Artyom Qyurcan, İlya Martınov, Pavel Maslov, Turqay Moxbaliev, Aleksandr Mixaylov, Kirill Kolesniçenko, yarımmüdafiəçilər – Mixail İqnatov, Nail Umyarov, Vladislav Karapuzov, Vladimir Moskviçev, Danil Prutsev, Artur Saqitov, Rustam Xalnazarov, Aleksandr Çernikov, Danila Yanov, hücumçular – Hamid Aqalarov və Danila Proşlyakov yer alıblar.

Qeyd edək ki, millimiz elit-raund çərçivəsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, ayın 26-da isə Rumıniya yığması ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.