DÜNYA


Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar

Moskva, 18 sentyabr, AZƏRTAC

Rusiya sərhədçiləri Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus iki gəminin və 11 motorlu qayığın heyət üzvləri olan ümumilikdə 160 nəfəri saxlayıblar.

AZƏRTAC xəbər verir ki, hadisə Yapon dənizinin Rusiyaya məxsus hissəsində baş verib. Rusiya Federal Təhlükəsizlik Bürosunun ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, KXDR vətəndaşları və sərhədçilər arasında yaralananlar var.

Hadisənin səbəblərinin araşdırılması üçün KXDR-in Rusiyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sərhədçilər koreyalı brakonyerlərdən balıq ovu üçün qadağan edilmiş tilovlar götürüblər. Saxlanılan şəxslər Naxodka limanına aparılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.