CƏMİYYƏT


Rusiya vətəndaşının üzərindən narkotik vasitələr aşkarlanıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar edilib. Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1.525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1.021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3.957 qram olan narkotik vasitə - marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1.310 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.