DÜNYA


Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanılıb, habelə üç gizli laboratoriya aşkar edilib

Bakı, 14 mart, AZƏRTAC

Rusiya Federal Təhlükəsizlik Xidməti bu ölkədə qadağan edilmiş İŞİD terror təşkilatının tərəfdarlarının Suriya və İraqa göndərilməsinin qarşısını alıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, əməliyyat nəticəsində 60 əcnəbi saxlanılıb. On yeddi ünvanda aparılmış axtarışlar zamanı saxta sənədlərin, sərhədi keçmək barədə çoxlu sayda möhür və ştampların, miqrasiya sənədlərinin, əcnəbi pasportlarının hazırlandığı üç laboratoriya aşkar edilib.

Cinayətkar qrup, həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub. Qrupun beynəlxalq terror təşkilatlarının nümayəndələri ilə də əlaqələri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.