DÜNYA


Rusiyada koronavirus peyvəndi istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsi sadələşdirilir

Bakı, 2 iyun, AZƏRTAC

Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim olunan qanun layihəsi koronavirus peyvəndi istehsalçılarına ƏDV-ni bildiriş qaydasında əvəzləşdirməyə imkan yaradacaq.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, belə bir təşəbbüsün başlıca məqsədi dövriyyədə olan vəsaitlərin yerinin doldurulması, peyvənd istehsalının və tədarükünün əhəmiyyətli həcmlərdə artması zərurəti yarandıqda istehsalçıların xərclərinin azaldılmasıdır.

Qanun layihəsinə əsasən, rübün yekununda vergi çıxılmalarının məbləği şirkətin hesablanmış ƏDV-sindən artıq olduqda fərqi büdcədən əvəzləşdirmək mümkün olacaq. Bu cür vəziyyətlər ixrac əməliyyatları zamanı və 20 faizlik dərəcə ilə alınmış məhsulların 10 faizlik dərəcə ilə satılması zamanı yaranır.

Hökumət peyvənd istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsini 2021-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sadələşdirməyi təklif edib. Bunun nəticəsində peyvənd istehsalçıları vergi bəyannaməsi yoxlanışının başa çatmasını gözləmədən ƏDV-ni əvəzləşdirə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.