CƏMİYYƏT


Rusiyalı həkim növbəti pandemiyadan çıxış yolunu göstərib

Moskva, 13 fevral, AZƏRTAC

Rusiyada tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov növbəti pandemiyadan çıxış yolunu göstərib.

AZƏRTAC xəbər verir ki, A.Myasnikov bəşəriyyəti COVID-19 virusundan da təhlükəli pandemiya gözlədiyini bildirib. O, koronavirus pandemiyasını daha qorxulu və təhlükəli pandemiya ərəfəsində məşqə bənzədib. Rusiyalı həkimin sözlərinə görə, yeni infeksiya iki yolla yayıla bilər: əvvəlcə quş və donuz qriplərinin heyvandan insana, sonra isə insandan insana keçəcəyi ehtimal olunur.

A.Myasnikov bu bəladan çıxış yolunu qripə qarşı universal peyvənd yaradılmasında görüb. Həkimin fikrincə, yeni pandemiyanın bir il, yaxud 10 il sonra başlayacağını dəqiq demək mümkün deyil. O, bütün qüvvələri qripə qarşı universal peyvənd hazırlanmasına yönəltməyə çağırıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.