Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiyalı politoloq: Prezident İlham Əliyev üçün Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya blokadasını yarmaq mühüm idi

Rusiyalı politoloq: Prezident İlham Əliyev üçün Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya blokadasını yarmaq mühüm idi

Moskva, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirakı və Azərbaycan və Rusiyanın dövlət başçıları arasında ikitərəfli görüşlər, həmçinin Azərbaycanın liderinin plenar sessiyada çıxışı son günlərin ən çox müzakirə olunan mövzusudur. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qretsova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Rusiya-Azərbaycan münasibətlərindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından, iqtisadi sahədə ikitərəfli əməkdaşlıqdan bəhs edib.

D.Qretsova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı gözlənildiyi kimi, hər şeydən əvvəl, Dağlıq Qarabağ probleminə həsr olunmuşdu. Bu qərar bir neçə səbəbdən tamamilə təbii idi.

Politoloq deyib: “İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi indiyədək həllini tapmamış problem kimi iyirmi beş il əvvəl Azərbaycan xalqının ürəyində qanayan yaradır. O, hələ də milyonlarla insanı dərindən narahat edir və milyonlarla ailə üçün problem yaradır. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda hər an yenidən alovlana biləcək qaynar nöqtədir və dördgünlük Aprel döyüşləri də bunu bir daha göstərdi.

Həmçinin, Prezident İlham Əliyev üçün dünya və Rusiya İnformasiya cəmiyyətində münaqişə tərəflərindən birinin, konkret olaraq erməni tərəfinin yaratdığı informasiya blokadasını yarmaq mühüm idi. Erməni diasporunun Rusiya və dünyanın kütləvi informasiya vasitələrində həm akademik, həm də media ekspertləri arasında necə təsir gücünə malik olması hamıya məlumdur. Hər kəs erməni diasporunun Rusiya televiziya kanallarındakı siyasi tok-şoularda geniş təmsil olunduğunun şahididir. Milyonlarla insan həmin mənbələrdən informasiya alır. Marqarita Simonyan, Roman Babayan, Armen Ohanesyan və bir çox digər tanınmış media-menecerləri və jurnalistlərin Rusiyanın informasiya məkanında hansı nüfuzlu mövqeyə malik olduqlarını da hər kəs bilir.

Nəticədə, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında heç də dolğun olmayan informasiya aldığı bir şərait yaranır. Dövlət başçısının nitqi məhz bu informasiya-ekspert blokadasını yarmaq məqsədi daşıyırdı”.

Ekspertin qənaətinə görə, ictimai rəyin zəif məlumatlandırdığı bir neçə mühüm məqam var: “Onlardan biri Dağlıq Qarabağın hələ sovet hakimiyyətinə qədər Azərbaycanın tərkibində olması faktıdır. İlham Əliyev vurğulayıb ki, XX əsrin 20-ci illərinin əvvəllərində sovet orqanlarının qərarı ilə Dağlıq Qarabağ Azərbaycana verilməyib, əksinə, Azərbaycanın tərkibində saxlanılıb. Bundan başqa, onu da vurğulamaq zəruri idi ki, BMT kimi əsas beynəlxalq institutlar, hər şeydən əvvəl, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini birmənalı şəkildə tanıyır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var.

Yetərincə diqqət yetirilməyən digər mühüm problem Dağlıq Qarabağ ilə yanaşı, onun ətrafında işğal olunmuş yeddi rayonun da olmasıdır. Dünya və Rusiya ictimai rəyini formalaşdıran bir çox təmsilçilər hesab edirlər ki, azərbaycanlıların və ermənilərin yaşadıqları Dağlıq Qarabağda ermənilər daha çox olub və oradan azərbaycanlıları didərgin salıblar. Lakin Dağlıq Qarabağın ərazisindən daha böyük sahəni əhatə edən Dağlıq Qarabağın ətrafındakı yeddi rayon barədə danışılmır. Bu rayonlarda daha çox azərbaycanlı yaşayırdı və etnik təmizləmə çərçivəsində yüz minlərlə sakin oradan didərgin düşüb. Həmin rayonlar indi boşdur və öz-özlüyündə, barbar siyasi praktikanı təmsil edən mübadilə üçün nəzərdə tutulub.

Sessiyada Prezident İlham Əliyevin toxunduğu digər mühüm məsələ Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər olub: “İkitərəfli münasibətlər çox yüksək səviyyədədir və həm də müsbət istiqamətdə inkişaf edir. Münasibətlərin bir neçə aspekti, ilk növbədə, iqtisadi tərəfi mövcuddur. İqtisadiyyatın energetika sahəsində möhkəm münasibətlər formalaşıb. Energetika sahəsində, neft-qaz sektorunda yaxşı əlaqələr mövcuddur; xüsusən Rusiyanın “Rosneft” kimi iri korporasiyaları Azərbaycan sektorunda Xəzər şelfinin işlənməsində iştirak edirlər. Bundan başqa, Rusiya və Azərbaycan özlərinin enerji axının, məhz Avropa İttifaqına uzanan Rusiyanın “Türk axını” və Azərbaycanın TAP və TANAP qaz kəmərlərinin bir-biri ilə rəqabət şəraitində deyil, konsorsium və ya kartel formasında fəaliyyət göstərməsində, bununla da hər iki tərəfin gəlirlərinin artırılmasında maraqlıdırlar. Söhbət tərəflərin hər biri üçün milyardlarla dollar məbləğində fərqdən gedir və bunu etmək çox vacibdir. Burada, həmçinin Türkiyənin də cəlb edilməsi çox mühümdür. Belə ki, bu ölkə Rusiya və Azərbaycan qazının Avropa İttifaqına tədarükü üzrə hab təşkil edir və həmin qaz marşrutları məhz Türkiyədən keçməlidir”.

Politoloqun fikrincə, hərbi sahədə, ilk növbədə, hərbi-texniki əməkdaşlıq üzrə sürətli inkişaf gedir. Bu, hər şeydən əvvəl Azərbaycanın Rusiyadan silah alması ilə bağlıdır. O qeyd edib: “Bu silahların müasir olması və daha münasib qiymətlərə satılması böyük əhəmiyyət kəsb edir. Bu, sadəcə silah alınması deyil, həm də Azərbaycanın əldə etdiyi Rusiya silah sistemlərinin dəstəklənməsi və modernləşməsi baxımından strateji tərəfdaşlıqdır.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükü və müvafiq olaraq, Azərbaycanın bu sahəsinə Rusiya sərmayələrinin qoyuluşunun artırılması da iqtisadi əməkdaşlıq baxımından mühümdür”.

Siyasətə gəldikdə, politoloqun sözlərinə görə, burada da Rusiya-Azərbaycan münasibətlərinin bir neçə aspekti mövcuddur. “İlk olaraq, bu, diasporla əlaqədardır. Azərbaycandakı rus diasporu və Rusiyadakı Azərbaycan diasporu özlərini çox rahat hiss edir, cəmiyyətə tam inteqrasiya olunub, yaxşı mövqelərə malikdirlər. Azərbaycanda təhsil sistemində ən aşağı pillələrdən – uşaq bağçası və məktəbdən universitetdəki ali təhsilə qədər böyük rus sektoru var. Rusiya cəmiyyətində Azərbaycan icması çox ciddi mövqelər tutub. Xüsusən Rusiyada biznes sahəsində ən varlı diasporlardan biri azərbaycanlılara məxsusdur. Lakin hələ ki, Azərbaycan diasporu Rusiyanın siyasi və informasiya sahələrində kifayət qədər güclü təmsil olunmayıb.

Bundan başqa, Azərbaycan və Rusiya arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq da mühümdür. Xüsusən, AŞPA-da Rusiya və Azərbaycan nümayəndə heyətləri daim bir-birini dəstəkləyirlər. Burada AŞPA-da Azərbaycan nümayəndə heyətinə uzun illərdir rəhbərlik edən Səməd Seyidovun da mühüm rolunu qeyd etmək lazımdır.

Rusiya və Azərbaycanda böyük diqqət yetirilən, lakin bir çox ölkələrdə böhran keçirən multikulturalizm prinsiplərinin inkişafı da əhəmiyyətlidir. Ölkələrimiz xristianların, müsəlmanların əməkdaşlığı və cəmiyyətin müasir dünyəvi əsaslarda inkişafı üzrə gözəl nümunələr sərgiləyir, həmçinin multikulturalizm praktikasını və nəzəriyyəsini birlikdə təkmilləşdirirlər.

Bütövlükdə demək olar ki, İlham Əliyev Vladimir Putinlə çox səmimi münasibətləri olan dinamik müasir liderdir. İlham Əliyev Rusiyanın xaos və anarxiyadan xilas edilməsində Vladimir Putinin böyük rolunu qeyd edib ki, bu, əlbəttə, Rusiya Prezidentinin ad günü ərəfəsində onun özünəməxsus şəkildə təbrik edilməsidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb