SİYASƏT


Rusiyanın “Kommersant” qəzetində Ermənistan ordusunun Gəncəni raket atəşinə tutması ilə bağlı məqalə dərc edilib

Moskva, 12 oktyabr, AZƏRTAC

Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kiril Krivoşeyevin Qarabağda münaqişə zonasından və Gəncədən hazırladığı məqalə “Atəşkəsə “Toçka” qoyulur. Azərbaycana yenidən raketlər uçur” sərlövhəsi ilə dərc edilib.

AZƏRTAC xəbər verir ki, müxbir əvvəlcə Tərtər rayonundan, burada Ermənistan ordusunun atdığı mərmilər nəticəsində dağılmış evlərin, yerli əhalinin zirzəmilərdə daldalanmasının şahidi olduğunu yazır. Müəllif bildirir ki, Bakıda Rusiya jurnalistləri üçün təşkil edilmiş brifinqdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, deputat Nizami Səfərov və “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev onları münaqişə zonasında baş verənlər barədə məlumatlandırıblar.

Oktyabrın 11-də səhər Ermənistan ordusunun Gəncəyə raket atmasını eşidərək şəhərə gələn rusiyalı müxbir raketin yaşayış binasına düşməsi nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların olduğunu, su anbarı və su elektrik stansiyasının yerləşdiyi Mingəçevirin də atəşə tutulduğunu yazır. Gəncədə yaşayış evinin tamamilə dağıldığı, ətraf tikililərə də ciddi ziyan dəydiyi bildirilir.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin brifinqdə Ermənistan tərəfinin atəşkəsi pozması, işğaldan azad edilmiş Cəbrayıl və Hadrutu geri qaytarmaq cəhdləri, Ağdamı atəşə tutması barədə fikirləri yer alıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.