DÜNYA


Rusiyanın Vladimir vilayətində terror aktı törətməyə hazırlaşan silahlılar zərərsizləşdirilib

Bakı, 22 may, AZƏRTAC

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Vladimir vilayətinin Kolçuqino şəhərində evdə gizlənən iki silahlını zərərsizləşdirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Milli Antiterror Komitəsinin yaydığı məlumatda silahlılara təslim olmaq təklif edildiyi, onların isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdıqları bildirilir. Məlumatda silahlıların zərərsizləşdirildiyi qeyd edilir. Diqqətə çatdırılır ki, onların terror təşkilatlarından biri, habelə xaricdəki emissarlarla əlaqə saxlaması və insanların sıx toplaşdıqları yerdə terror hazırlayacaqları barədə əvvəlcədən məlumat əldə edilib. Atışma yerində silah, döyüş sursatı, əldəqayırma partlayıcı qurğu və dini-ekstremist ədəbiyyat aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.