Bayden: ABŞ-da COVID-19 ilə bağlı tətbiq olunan rejim tezliklə ləğv ediləcək
Bakı, 8 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatları koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin tezliklə ləğv edildiyini bildirəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatası qarşısında və Senatında çıxışı zamanı təsdiqləyib. O deyib: “Koronavirusla bağlı ölüm halları təxminən 90 faiz azalıb. Biz milyonlarla insanın həyatını xilas etdik və ölkəni yenidən açdıq”. Bayden qeyd edib ki, səhiyyə sahəsində fövqəladə vəziyyət tezliklə ləğv ediləcək.
Ağ evin İnzibati-büdcə idarəsinin məlumatına görə, ABŞ administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin mayın 11-də dayandırılmasının tərəfdarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [15:16]
İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb
- 14.05.2026 [14:43]
Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub
- 14.05.2026 [14:38]
Polşa Müdafiə Nazirliyi: ABŞ ölkədəki hərbi kontingentini azaltmayacaq
- 14.05.2026 [14:17]
Abbas Əraqçi: İranla bağlı məsələlərin hərb yolu ilə həlli yoxdur
- 14.05.2026 [12:54]