RƏSMİ XRONİKA
SƏFƏR BAŞA ÇATDI
Berlin şəhərində keçirilən Beynəlxalq Bertelsmann-2006 forumunda iştirak etmək üçün Almaniyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Vətənə yola düşmüşdür.
Prezident İlham Əliyevi “Tegel” hava limanında Almaniya hökumətinin yüksək vəzifəli şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev sentyabrın 23-də Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.