SİYASƏT
SEMİNAR-TRENİNQ KEÇİRİLMİŞDİR
Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə ölkəmizin ayrı-ayrı rayonlarında seminar-treninq keçirilmişdir. Nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, “Sülhməramlı fəaliyyətdə gender bərabərliyinin təminatı” mövzusunda keçirilən seminarda qərarların qəbul edilməsində qadınların kişilərlə bərabər iştirakı, hüquq və imkanları müzakirə olunmuşdur. İştirakçılar qadınların hüquqları ilə bağlı beynəlxalq sənədlərlə və yerli qanunveriçiliklə tanış olmuşlar. Treninq prosesində interaktiv təlim usullarından istifadə edilmişdir. Rayonlarda BMT-nin Qadın Koalisiyasının yerli bolmələri də yaradılmışdır.