SİYASƏT
SLOVENİYA AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ MÜDAFİƏ EDƏCƏKDİR
Partiya haqqında səfirə məlumat verən Əli Əhmədov Azərbaycandakı mövcud ictimai-siyasi durum, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramının həyata keçirilməsi sahəsində görülən işlər,demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar barədə geniş söhbət açmışdır. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirən YAP İcra katibi bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinə, Sloveniyanın ATƏT-ə sədrliyi dövründə Azərbaycanın maraqlarının qorunmasına səylərini artıracağına əminliyini ifadə etmişdir.
Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirləri təqdirəlayiq hesab edən səfir ölkələrimiz arasında mövcud əlaqələrdən məmnunluğunu bildirmiş, Sloveniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinin tərəfdarı olduğunu və ölkəsinin ATƏT-ə sədrlik etdiyi dövrdə Azərbaycanın mövqeyini dəstəkləyəcəyini bildirmişdir.