İQTİSADİYYAT


SOCAR “Ukrzaliznıtsi” üçün dizel yanacağının qiymətini azaldıb

Kiyev, 8 yanvar, AZƏRTAC

“SOCAR Ukraina” Ticarət Evi dekabr ayında keçirilmiş Prozorro hərracının yekunlarına əsasən “Ukrzaliznıtsi” Səhmdar Cəmiyyətində istehsalın təmin edilməsi mərkəzinə çatdırmağı öhdəyə götürdüyü dizel yanacağının qiymətini azaldıb.

“SOCAR Ukraina”dan AZƏRTAC-a verilən məlumata görə, bu barədə kontrakta əsasən neft məhsullarının satıcısı 10.000 ton neft məhsulunun hər tonunu 31.968 qrivna səviyyəsində göndərməyi öhdəyə götürüb. Əlavə dəyər vergisi baxımından bu rəqəm tenderin elan edildiyi anda bazar dəyərinə tamamilə müvafiq olub.

Qeyd edək ki, tender proseduru Ukrayna qanunvericiliyinə ciddi riayət olunmaqla həyata keçirilib. Malgöndərmələrin qiymətinə yenidən baxılması barədə danışıqlar isə yalnız şikayət proseduru başa çatandan sonra aparılıb və bu prosedur satışın dayandırılması ilə nəticələnib.

Azərbaycan şirkətinin 2016-cı ildə yürütdüyü ardıcıl siyasət dövlət satınalmalar sistemində bir sıra mühüm dəyişikliklərə səbəb olub və nəticə etibarilə Ukraynanın yanacaq bazarında rəqabətin keyfiyyəti yaxşılaşıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.