İQTİSADİYYAT
SOCAR-ın iqlim dəyişmələrinə təsirin azaldılması strategiyası üzrə görülən işlər müzakirə edilib
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə “Texnoloji proseslərdə enerji səmərəliliyinin yüksəldilməsi üçün görülən tədbirlərin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “SOCAR-ın iqlim dəyişmələrinə təsirin azaldılması Strategiyası”nın icrası ilə əlaqədar yerinə yetirilmiş işlər müzakirə edilib, dəyişikliklər qiymətləndirilib, müsbət dinamika qeyd olunub. SOCAR-ın qurumları tərəfindən yerinə yetirilmiş layihələr haqqında təqdimatlar dinlənilib, iştirakçılar öz təcrübələrindən danışıb, layihə ideyaları və həyata keçirilmə şərtləri haqqında məlumat veriblər. Seminarda uyğun layihələrin digər istehsalat obyektlərində tətbiqinin mümkünlüyü müzakirə olunub.
SOCAR-ın istehsalat birliklərinin, emal müəssisələrinin, qaz nəqli sahəsinin, həmçinin əməliyyat şirkətləri və birgə müəssisələrinin mütəxəssisləri seminarda iştirak ediblər.