İQTİSADİYYAT


SOCAR-ın keçənilki gəlirlərinin 92,7 faizi xarici bazarlarda qeydə alınıb

Bakı, 30 iyun, AZƏRTAC

Ötən il SOCAR-ın ümumi gəlirlərinin 92,7 faizi xarici bazarlarda qeydə alınıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bunun da 63,7 milyard manatı İsveçrədəki “SOCAR Trading” və “SOCAR Energy Holding” şirkətləri vasitəsilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə keçən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6 faiz, Gürcüstanda isə 4,3 faiz olub.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.