İQTİSADİYYAT


SOCAR qarşıdakı illərdə təbii qaz hasilatını artırmağı nəzərdə tutur

Bakı, 21 avqust, AZƏRTAC

SOCAR qarşıdakı illərdə təbii qaz hasilatını artırmağı nəzərdə tutur.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, 2019-cu ildə “Abşeron” yatağının ilk fazasından 1,5 milyard kubmetr, 2022-2023-cü ildə isə ikinci fazadan 5 milyard kubmetr təbii qazın hasil edilməsi planlaşdırılır. Həmçinin qarşıdakı 3-5 ildə “Ümid” yatağında iki yeni dəniz özülünün tikintisi və həmin özüllərdən 8 quyunun qazılması nəzərdə tutulur. Gələn ilin ikinci yarısında isə “Babək”dən kəşfiyyata başlanılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.