Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

SOSİAL BAZASI OLMAYAN DAĞIDICI MÜXALİFƏT İNSANLARI MİTİNQƏ PUL PAYLAMAQLA CƏLB EDİR

Məlum olduğu kimi, “Müxalifətin Əlaqələndirmə Mərkəzi” deyilən qurum martın 16-da razılaşdırılımış yürüş-mitinq keçirmişdir. Mitinqin təşkilatçıları olan partiyaların nümayəndələri aksiyaya hazırlıq dövründə “ənənəvi üsullar”dan istifadə edərək qaçqınların, tələbələrin məskunlaşdığı yataqxanalara getmiş və mitinqə gələnlərə 10-15 min manat veriləcəyini bildirmişlər. Rayonlardan gətirilən muzdlu mitinqçilərin nəqliyyat xərcləri ödənilmiş və hər birinə 10-15 min manat pul verilmişdir. Mitinq qurtardıqdan sonra orada baş verənlər bunu bir daha sübut edir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət fəallarından bir neçəsini iştirakçılara pul paylayarkən saxlamış və Yasamal Rayon Polis İdarəsinə aparmışlar.

Yasamal Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi rəisinin müavini İlham Əsgərov deyir ki, müxalifətin mitinqi qətnamənin oxunması ilə başa çatandan sonra biz camaatın dağılıb getməsini gözləyirdik. O vaxt gördüm ki, Dövlət Film Fondunun qarşısında adamlar yığışıbdır. Orada dayanmış VAZ 21-07 markalı ağ rəngli maşının içərisində sürücü, yaşlı bir şəxs və arxada iki nəfər oturmuşdular, əllərində də bir siyahı var idi. Həmin siyahı ilə onlar pul paylayırdılar və qeydiyyat aparırdılar. Mən işçilərə göstəriş verdim, həmin maşın və vətəndaşlar rayon polis idarəsinə gətirildilər.

İdarədə həmin vətəndaşların üstlərinə baxış keçirilən zaman onlardakı siyahı, pullar və sənədlər maddi sübut kimi götürüldü və tərtib olunan protokola əlavə edildi.

Siyahıda vətəndaşların adları yazılıb və göstərilib ki, mitinqə kim neçə nəfər adam gətirməlidir. Orada 5 nəfər, 10 nəfər gətirənlər olubdur. Hər bir vətəndaşa beş min manat məbləğində pul paylanılıb və siyahıda müvafiq qeydiyyat aparılıbdır. Pul alanlardan saxlanılanlar da var və onlar pul aldıqlarını etiraf edirlər. Pulu paylayan vətəndaş Sumqayıt şəhərində yaşayır. O təsdiq edir ki, həmin siyahını və pulları Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər şöbəsinin sədri verib ki, mitinqə gələn iştirakçılara paylasın. Siyahıda adları olanlar Sumqayıtdandır, təxminən 100 nəfərə yaxındır.

Saxlanılan şəxslərdən biri, AXCP-nin üzvü Elmar Sadıqlı bildirir ki, pullar partiyanın Sumqayıt şöbəsindən verilibdir. Mitinqə gəlib-qayıtmaq üçün adambaşına 2 min manat paylamalı idik. Lakin o, adamlara pulun nə üçün əvvəlcədən yox, yalnız mitinq qurtarandan sonra paylanması barədə suala cavab verə bilməmişdir.

Rayon polis idarəsinin rəisi Şahmar Paşayev deyir ki, paylamaq üçün pulu verən Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər şöbəsinin sədri, şəhər bələdiyyəsinin üzvü Yusif Salmanovdur. Siyahıdan məlum olur ki, Sumqayıtdan 245 nəfər adam gətirməli idilər. Yusif Salmanovun özü də deyir ki, 1 milyon 200 min manat paylamalı idilər. 600 min manat qalmışdı, lakin polis tutduğuna görə paylaya bilməyiblər.

Ş.Paşayev daha sonra deyir ki, yaxşı, pulu verirdilərsə, əvvəldən hamısını verəydilər?! Nəyə görə pulun bir hissəsini Sumqayıtda, bir hissəsini də Bakıda, yəni mitinq qurtarandan sonra verirlər?! Mitinq başlayanda xeyli adam var idi. Təxminən 20 dəqiqədən sonra hamı pullarını aldı və mitinqin sonunda adam az qaldı. Bu, nəyə görə idi? Ona görə ki, adamları küçələrdən, müəyyən yerlərdən gətiriblər. Hətta özləri etiraf edirlər ki, bilirdik ki, hansısa partiya pul paylayırdı, lakin buna gülməyimiz gəlirdi. Amma bu gün biz də bunu etdik. Biz nə bilirdik ki, bunlar pul gətiriblər. Bax, bu da siyahıları. Elmar Sadıqlı deyir ki, pullar üzvlük haqqındandır. Xeyr, bu pulların hamısı Yusif Salmanov tərəfindən verilən pullardır.

Yusif Salmanov bildirir ki, pul paylamaq barədə Elmar Sadıqlıya o göstəriş vermişdir. Verilən pulun məbləği də siyahıda göstərilibdir, biz heç vaxt belə eləməmişdik, ancaq bu dəfə elədik. Hər adama təxminən 5 min manat verilməli idi. Pulları da əvvəldən verəndə, batır. Axı bilmirik, nə qədər adam gələcək, nə qədər gəlməyəcəkdir.

Qaradağ rayonundakı 16 nömrəli peşə məktəbinin tələbəsi Ramin Musayev isə deyir ki, Azərneft meydanında dayanmışdıq, ADP-nin üzvləri dedilər ki, gəlin bizimlə gedək, pul verəcəklər. Gələndə gördük ki, mitinqdir. Sonra bizi də tutub buraya gətirdilər. Bizə pul çatmadı, dedilər ki, gecikmisiniz.

Sahil qəsəbəsinin sakini Teymur Qədirovun da sözlərinə görə, onlara deyiblər ki, mitinqdən sonra getməyin, axırı yaxşı olacaqdır. Söhbət puldan gedirdi. Mitinqdən sonra bir oğlan da gəldi dedi ki, bəs, pul çatmadı. Belə olanda, mən Ramini də götürüb evə getmək istəyirdim. Dedim ki, heç nə lazım deyil, gedək . Bizə vəd verən Asif adında bir oğlandır, ADP-nin üzvüdür. O da Sahil qəsəbəsində yaşayır.

Bütün bunlar bir daha göstərir ki, hər yerdə xalqın adından danışan, camaatın onları dəstəklədiyini iddia edən müxalifətin, əslində, olan-qalan sosial bazası da tükənir. İndi onlar aludə olduqları mitinqlərə adam da yığa bilmir və buna görə də belə rüsvayçı üsullara əl atırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib