DÜNYA
ŞRÖDER VƏ FİŞER “HAKİMİYYƏT SÜKANI”NI ƏLDƏN VERMƏK NİYYƏTİNDƏ DEYİLLƏR
Almaniyanın federal kansleri Gerhard Şröder 2006-cı ildə kanslerliyə namizəd kimi Bundestaq seçkilərində iştirak edəcəyini rəsmən bəyan etmişdir. Bu barədə qərarını Sosial Demokrat Partiyasının bazar ertəsi Berlində keçirdiyi Şura toplantısının iştirakçıları qarşısında açıqlayan Şröder növbəti seçkilərə də etibarlı opponenti Yoşka Fişerlə koalisiyada gedəcəyini bildirmişdir.
Şröderin ardınca Yoşka Fişer də “qırmızı-yaşıllar” koalisiyasının islahatlar kursuna dəstəkçi olmaq üçün Bundestaq seçkilərində mütləq iştirak etməyə qərar vermişdir.
İqtidara və müxalifətə yaxın siyasətçilər xatırladırlar ki, Avropa Birliyi Almaniya siyasət idarəsinin başçısı Fişeri Birliyin xarici işlər naziri postuna ən layiqli namizəd kimi nəzərdə tuturdu. Onun Berlin iqamətgahını Brüselldəki iqamətgaha dəyişməmək və Şröderlə 2006-cı il seçkilərinə birgə getmək barədə qərarı Avropa Birliyini də çətinliklərlə üzləşdirmişdir.