SİYASƏT
SUMQAYIT VƏ ÇERKASSI DOSTLUQ ƏLAQƏLƏRİNİBƏRPA EDİRLƏR
Çerkassı vilayət dövlət icra hakimiyyətinin başçısı Vadim Leşşenko nümayəndə heyətimizi qəbul etmişdir. Səmimi dostluq şəraitində keçən görüşdə ikitərəfli münasibətlərlə bağlı bir çox məsələlər müzakirə olunmuşdur.
Sumqayıtlılar vilayətin bir sıra məşhur sənaye obyektlərinə getmiş, şəhərdə işləmək üçün nəzərdə tutulan “Boqdan” avtobusunun yeni modelinə baxmış, “Lyubava” trikotaj kombinatında, ət kombinatında və digər müəssisələrdə olmuşlar. Qonaqlar yeni avtobusa, habelə ət kombinatının Sumqayıtda da satıla biləcək məhsullarına maraq göstərmişlər.
Çerkassılılar isə Sumqayıtın müəssisələrinin sənaye məhsulları ilə maraqlanmışlar. Gözlənildiyinə görə, yaxın vaxtlarda Çerkassıda “Sumqayıt” restoranı da açılacaq, burada müştərilərə Azərbaycanın ləziz xörəkləri təklif ediləcəkdir.
Azərbaycandan gəlmiş qonaqlar şəhərin Sumqayıt küçəsi ilə tanış olmuş və teploxodda Dnepr çayında gəzintiyə çıxmışlar.
Sentyabrın 4-də Sumqayıtın nümayəndə heyəti Kiyevə gedəcəkdir.