İQTİSADİYYAT


Sabahdan 161 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Sabahdan 161 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 4-dən 161 nömrəli marşrut xətti (Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb. Bu ünvanlara Hövsan qəsəbəsində yerləşən İbiş Məmmədov 2A, Hövsan şosesi, Elman Qasımov 113, Oqtay Şabanov küçəsi, İlqar Əhlimanov küçəsi, Elçin Məmmədov 4 aiddir. Həmçinin Dədə Qorqud qəsəbəsi, Suraxanı rayonunda yerləşən İlham Şükürov küçəsi, Balandin küçəsi, A.Rzayev küçəsi keçid 1849 daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.