REGİONLAR
Sabirabadda 25 min 136 hektarda payızlıq taxıl əkilib
Sabirabad, 5 yanvar, Mahir Babayev, AZƏRTAC
Sabirabadda taxıl əkini başa çatıb. Səpinə yaxşı hazırlaşan torpaq mülkiyyətçiləri qısa müddətdə 25 min 136 hektarda payızlıq taxıl səpini aparıblar ki, bu da ötən ildəkindən 491 hektar çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçılar ötən il 24 min 645 hektar sahədən 97 min 93 ton məhsul götürüblər. Taxıl sahəsinin hər hektarının məhsuldarlığı 39,4 sentner olub. Məhsul istehsalçıları cari təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. İşə məsuliyyətlə yanaşan əkinçilər qısa müddətdə 25 min hektardan çox sahəyə toxum səpərək kampaniyanı başa çatdırıblar. Məhsul istehsalçıları, həmçinin 2 min 725 hektar sahəyə yonca toxumu da səpiblər.