REGİONLAR
Sabirabadda narkotik vasitələr satan şəxs saxlanılıb
Sabirabad, 16 may, Aydın Yavərzadə, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb. Onun rayonun Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı külli miqdarda heroin və elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.