REGİONLAR
Şabranda yaşadığı ünvanı tərk edən koronaviruslu xəstələr saxlanılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Şabran rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.
Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.