İQTİSADİYYAT


Sahibkarlığın İnkişafı Fondunda biznes nümayəndələri ilə görüş keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Marsol” MMC-nin birgə təşəbbüsü ilə sahibkarlarla görüş keçirilib. Fondun inzibati binasında keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində - plastik borular, birdəfəlik kağız stəkanların istehsalı, istilik sistemləri, alternativ enerji, quru meyvə istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Novator HRC”, “Qayo Group”, “Helind”, “All Smart”, “Asstrech”, “Crispa” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

SİF-dən AZƏRTAC-a bildirilib ki, görüşdə sahibkarlıq subyektləri öz fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib və mövcud bizneslərin genişləndirilməsi məqsədilə lazımi maliyyə vəsaiti və kredit ehtiyacları ilə bağlı müzakirələr aparılıb. Görüşdə, həmçinin güzəştli kreditlərin əldə olunması zamanı sahibkarların üzləşdikləri problemlər, kredit təşkilatlarının girov tələbləri, kredit əldə etmək üçün tələb olunan sənədlər və digər prosedur məsələlərinə də toxunulub. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev Fondun cari dəstək mexanizmləri barədə biznes nümayəndələrini məlumatlandırıb və sahibkarların suallarını cavablandırıb. SİF və “Marsol” MMC arasında əməkdaşlıq çərçivəsində sahibkarlarla görüşlərin keçirilməsi gələcəkdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.