ELM VƏ TƏHSİL


Şahin Seyidzadə: “SABAH” layihəsi özünü doğruldur

Bakı, 7 dekabr, AZƏRTAC

Təhsil Nazirliyi “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının tələbələri ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva universitetin “SABAH” qruplarında təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışıb.

“SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu il məzun olacaq tələbələrin uğurlarına istinad edərək “SABAH” layihəsinin özünü doğrultduğunu vurğulayıb.

Eyni zamanda, dekabrın 23-də keçiriləcək xaricdə təhsil sərgisinin əhəmiyyəti diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.