MƏDƏNİYYƏT
Şairin 75 illik yubileyi qeyd edilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Ağaveyis Şirvaninin anadan olmasının 75 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, AYB-in katibi, Xalq Yazıçısı Çingiz Abdullayev şairə yaradıcılıq uğurları arzulayıb, qurumun rəhbərliyi adından fəxri fərman təqdim edib.
Yazıçı-dramaturq Elçin Hüseynbəyli yubilyarın həyat və fəaliyyətindən söhbət açıb.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, şairlər Əli Rza Xələfli, Musa Ələkbərli, Əli Aslanoğlu, Fərqanə Mehdiyeva və başqaları şairin poeziyasından, həyata, insana münasibətində və bir dost kimi müsbət xüsusiyyətlərindən söhbət açıblar.
Tədbir çərçivəsində şairin yeni, “Sağalan deyil” adlı kitabının təqdimatı keçirilib.
Sonda Ağaveyis Şirvani tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.