REGİONLAR


Şamaxıda Beynəlxalq Yoqa Günü qeyd edilib

Şamaxı, 26 iyun, AZƏRTAC 

Hindistanın Azərbaycandakı səfirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və “Yoga Şahi Studio”nun birgə əməkdaşlığı çərçivəsində Şamaxıdakı “Fortuna” istirahət mərkəzində 5-ci Beynəlxalq Yoqa Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq havada təşkil olunan yoqa tədbirində 150 nəfərdən çox tamaşaçı iştirak edib. Təşkil olunan tədbir yoqa həvəskarlarını bu cərəyanın müxtəlif istiqamətləri ilə tanış etmək, onların yoqa haqqında məlumatlılığını artırmaq məqsədi daşıyıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək müasir dövrdə cəmiyyətdə populyarlıq qazanan yoqanın insan həyatında fiziki və mənəvi sağlamlıq üçün böyük rol oynadığını qeyd edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq tədbirin təşkilindən məmnunluğunu bildirərək, qeyd edib ki, bu cür tədbirlər xalqlar arasında mədəniyyət körpüsü rolunu oynayır. O, yoqa tədbirlərinin keçirilməsinə böyük dəstək verdiyinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Seans zamanı “Yoqa Şahi Studiosu”nun təlimçisi Sabina Şahi müxtəlif yoqa hərəkətləri vasitəsilə gündəlik həyatda yaşanan problemlərin yaratdığı gərginliklərdən xilas olmağın yollarını göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.