İQTİSADİYYAT


Samir Şərifov: ötən il xüsusi sosial müdafiə məqsədilə Prezidentin ehtiyat fondundan 470 milyon manat xərclənib

Bakı, 25 may, AZƏRTAC

Ötən ilin büdcəsi üzrə Prezidentin ehtiyat fondundan 470 milyon manat xüsusi sosial müdafiə məqsədilə xərclənib.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov mayın 25-də 2021-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin komitə iclasında müzakirələr zamanı deyib.

Nazir bildirib ki, bu vəsaitin 266 milyon manatı koronsvirusla mübarizə məqsədilə sərf olunub.

Bələdiyyələrə büdcədən 10,5 milyon manat vəsaitin ayrıldığını qeyd edən Samir Şərifov beynəlxalq xərclərin 288 milyon manat təşkil etdiyini bildirib. Qeyd edib ki, bu vəsait beynəlxalq tədbirlərin təşkilinə, xarici ölkələrdə səfirliklərimiz üçün ayrılıb.

O da bildirilib ki, ötən il Dövlət Neft Fondunun xərcləri 7 faiz az olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.