CƏMİYYƏT


Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Bakı, 7 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət olunması ilə bağlı tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 5-də keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonunun Salyan şosesində yerləşən restoranların birindən dənizə çirkab suların axıdılması, Sumqayıt şəhərində isə dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduğuna görə, həmin restoranın vəzifəli şəxsi Əlihəsən Həsənov və 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələblərini pozduğuna görə istirahət mərkəzinin vəzifəli şəxsi Şəhriyar Məmmədov barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.