İQTİSADİYYAT
“Səba” məhsulları Azexport.az platformasında təqdim olunmağa başlayıb
Bakı, 7 fevral, AZƏRTAC
“Səba” brendi www.azexport.az platformasına çıxıb. İndiyədək yalnız öz mağazaları və distribüterlər vasitəsilə yayılmaqla digər mağazalarda da satılan “Səba” məhsulları Azərbaycanda istehsal olunan məhsulların ümumi məlumat bazası olan bu saytda təqdim olunub. Saytda həm “Səba” ASC-nin istehsalı olan quş əti məhsulları, həm “Biləsuvar Aqro”nun süd məhsulları, həm də “Dəvəçi Dərin Emal” müəssisəsinin yarımfabrikatları barədə məlumat yerləşdirilib.
Qeyd edək ki, “Səba” brendi “Made in Azerbaijan” nişanı ilə quru süd ixracını həyata keçirir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi ixracın təşviqi missiyalarında fəal iştirak edən şirkət artıq bəzi xarici şirkətlərlə razılaşmalar reallaşdırmaq ərəfəsindədir.
“Ümid edirik ki, dövlətin bizim üçün yaratdığı bu yeni imkandan - www.azexport.az platformasından istifadə etməyimiz xarici ölkələrdə məhsullarımıza alıcı tapılmasına vasitəçi olacaq”, - deyə “Səba” şirkətindən bildiriblər.