İQTİSADİYYAT


Səbail rayonunda yol infrastrukturunun yenilənməsi işlərinə başlanılıb VİDEO

Bakı, 11 aprel, AZƏRTAC 

Səbail rayonunda yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan Elçin Əzizov küçəsinin uzunluğu 1 kilometr, eni isə 6 metrdir. Təmir-tikinti işlərinin aparıldığı sahə təqribən 6 min kvadratmetrdir. Hazırda isə küçə boyu asfaltlanma işlərinə başlanılıb. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 6 min kvadratmetrədək ərazinin asfaltlanması nəzərdə tutulub.

Yaxın müddət ərzində rayonunun “20-ci yaşayış sahəsi”ndə 30 min vətəndaşın istifadə etdiyi daha 4 küçədə də təmir-tikinti işlərinə başlanacaq. Bu, hər birinin uzunluğu 900 metr olan Arif İsmayıl və Yüzbəy Mürsəlov küçəsi, 800 metr uzunluğa malik Çernyakovski küçəsi, həmçinin ümumi uzunluğu 8,6 kilometr olan, “20-ci yaşayış sahəsi”nin əsas yolu hesab olunan Gülbala Əliyev küçəsidir. Hazırda sözügedən küçələr boyu yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri aparılır. Bu işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq agentlik tərəfindən küçələrin təmiri işləri həyata keçiriləcək.

Anoloji işlərin yaxın müddətdə rayonun Badamdar qəsəbəsi “3-cü massiv” yollarında da aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.