Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səbinə Cabarova: Könüllülər hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər

Səbinə Cabarova: Könüllülər hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər

Bakı, 1 iyul, AZƏRTAC 

Bir neçə aydır dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası təəssüf ki, bizim ölkəmizdən də yan keçməyib. Virusun ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən çox zəruri addımlar atılır. Dövlətin həyata keçirdiyi tədbirlərə töhfə vermək məqsədilə könüllülər də hərəkətə keçiblər. Xüsusi qeyd etmək istərdim ki, “ASAN Könüllüləri” Təşkilatı respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan, dövlət başçısının çağırışına cavab verən ilk təşkilatlardan biridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova deyib.

“Könüllülərimiz bir neçə aydır ki, bütün səylərini birləşdirərək önəmli işlərə imza atırlar. İlk fəaliyyətimiz Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayıb. Artıq 3 aydır ki, könüllülər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə aeroportda gecə-gündüz çalışaraq həkimlərimizlə çiyin-çiyinə vətəndaşlarımıza xidmət göstərirlər. Xaricdən gələn vətəndaşların qarşılanması, vətəndaş axının tənzimlənməsi, sərnişinlərin koronavirusla bağlı məlumatlandırılması, onların karantin bölgələrinə yola salınması “ASAN könüllüləri” tərəfindən təmin olunur.

Eyni zamanda, karantin dövründə gecə-gündüz çalışan həkimlərdən əlavə, həmçinin polislər də fasiləsiz xidmət edirlər. “ASAN Könüllüləri” olaraq, “Azərsun Holdinq”lə birgə dörd gün müddətində Bakı şəhərinin ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına “Azərsun” məhsulları və çay termosları hədiyyə etdik. “#VAROLUN” sosial çağırışı ilə həyata keçirilən layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılması idi.

Eyni zamanda, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial layihəsi çərçivəsində yaşı 65-dən yuxarı olan, tənha yaşayan insanlara dəstək məqsədilə elan olunmuş “Qaynar xətt” vasitəsilə müraciətləri qəbul etdik, müraciət edən kimsəsizlərin evlərinə getdik, onların ehtiyaclarını araşdırdıq və “www.asanmektub.az” saytına məktublar qismində yerləşdirdik. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmalarına məhdudiyyət tətbiq edildiyi dövrdə ümumilikdə 16 şəhər və rayon üzrə 1044 müraciət qeydə alınıb ki, onların da hamısı təmin edilib.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı və Avropa İttifaqının maliyyə yardımı ilə “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyasını icra etdik. Kampaniya çərçivəsində ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında paytaxtda və regionlarda yaşayan valideyn himayəsindən məhrum olmuş 2 mindən çox uşağın, həmçinin əlilliyi olan gənclərin ailələrinə qida yardımı, o cümlədən COVID-19 pandemiyası, ondan qorunmağa dair maarifləndirici materiallar təqdim olunub”, - deyə S.Cabarova qeyd edib.

Onun sözlərinə görə, təşkilat tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər aparılır: “Biz bu sahədə müxtəlif videoçarxlar hazırlayaraq sosial şəbəkələr vasitəsilə onları yayırıq. Hazırda “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Azərbaycan” şirkəti əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində Bakı şəhəri və bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara ödənişsiz formada içməli su çatdırılıb. Xəstəxanalarda çalışan tibbi heyət və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib. Bundan əlavə, qida ehtiyacı olan 4000 ailənin ərzaqla, 4000 nəfərin, xüsusilə regionlarda yaşayan şəxslərin, o cümlədən COVID-19 xəstələri ilə işləyən və karantin xəstəxanalarında çalışan 1000 həkimin zəruri tibbi dezinfeksiyaedici ləvazimatlarla təmin edilməsi nəzərdə tutulub.

Həmçinin şənbə və bazar günləri qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi dövrdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in 108 “Çağrı” mərkəzi vasitəsilə və “ASAN Könüllüləri”nin iştirakı ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib.

Bundan əlavə, bizim mütəmadi olaraq təşkil edilən digər proqramlarımız da mövcuddur. Bunlara nümunə olaraq “Əsgərə Məktub” layihəsini qeyd edə bilərəm. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücü ilə yanaşı, xalqımızın birliyini də bir daha dünyaya nümayiş etdirdi. Həmin ərəfədə orduya könüllü getmək istəyən yüzlərlə insan var idi. Kimisi əsgərlərimizə isti geyim, kimisi yemək aparmaq istəyirdi. “ASAN könüllüləri” əsgərlərimizə mənəvi dəstək verməsi məqsədilə “ASAN xidmət” mərkəzlərində “Əsgərə Məktub” köşkləri yaratdılar.

Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımızın ünvanladığı məktublarla çatdırdıq.

Xalqımızın birliyini simvolizə edən toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. “ASAN xidmət” mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizə məktub yaza bilər.

Layihə çərçivəsində indiyədək 90 mindən çox məktub ölkənin dörd bir yanında xidmət edən Azərbaycan əsgərlərinə çatdırılıb. Belə ki, mütəmadi olaraq sərhəddə vətənimizin keşiyini çəkən əsgərlərimizə vətəndaşlarımızın ünvanladığı təşəkkür məktubları çatdırılır.

Eyni zamanda, proqram çərçivəsində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “ASAN könüllüləri”nin Qarabağ qaziləri ilə onlayn görüşü təşkil edilib.

Prezident İlham Əliyev tərəfindən bu ilin “Könüllülər ili” elan olunması gəncləri, ən əsas da könüllüləri çox sevindirdi. Lakin dünyanı cənginə alan koronavirus bəlasının ölkəmizdə də aşkarlanması hər kəsi məyus etdi. Buna baxmayaraq, hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində könüllülərin fəal iştirak etməsi, öz missiyalarını layiqincə yerinə yetirmələri onu göstərir ki, onlar həqiqətən də bu ili tam könüldən yaşayırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib