SİYASƏT


Səfir: CAR Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır

Bakı, 18 avqust, AZƏRTAC

Cənubi Afrika Respublikası (CAR) Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bunu avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Duba söyləyib.

Dipuo Berta Letsatsi-Duba qeyd edib ki, ölkəsi Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərir.

Diplomat, həmçinin Cənubi Afrika Respublikası-Azərbaycan münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.