SİYASƏT


Səfir İqor Dolqov: Prezident İlham Əliyevin Ukraynaya səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq

Səfir İqor Dolqov: Prezident İlham Əliyevin Ukraynaya səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq

Tbilisi, 6 fevral, AZƏRTAC

Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin 30-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin Ukraynaya səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında və daha da genişlənməsində çox mühüm rol oynayacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ukraynanın Gürcüstandakı səfir İqor Dolqov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında dostluq əlaqələrinin çox qədim tarixi var. “Bu gün münasibətlərimiz yeni müstəvidə inkişaf edərək daha da genişlənib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan da qətiyyətlə deyə bilərəm ki, Prezident İlham Əliyevin bu səfəri əməkdaşlığımızın daha da dərinləşməsində və möhkəmlənməsində olduqca mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin Ukraynaya səfəri zamanı Prezident Volodimir Zelenski ilə birgə apardığı danışıqlar, imzalanmış sənədlər bizim üçün geniş imkanlar açır.

Düşünürəm ki, hər iki tərəf bundan səmərəli istifadə edəcək və ölkələrimiz arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcək”, – deyə İqor Dolqov vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.