SİYASƏT


Səfir: Küveyt Azərbaycan ilə münasibətlərin bütün sahələrdə inkişafında maraqlıdır

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Almauidi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Küveytin ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir müavini ölkələrimiz arasında beynəlxalq təsisatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı (İƏT), BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib.

Nazir müavini ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin, eləcə də parlamentlərarası əlaqələrin məxsusi rolunu vurğulayıb. O, iqtisadi sahədə əməkdaşlığa toxunaraq, son dövrlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan artımın sevindirici hal olduğunu bildirib, bu istiqamətdə münasibətlərin inkişafı üçün Hökumətlərarası Birgə Komissiyanın əlverişli mexanizm olduğunu diqqətə çatdırıb.

Nazir müavini, həmçinin Vətən müharibəsi və ərazilərimizin işğaldan azad olunması barədə həmsöhbətini məlumatlandıraraq, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə danışıb.

Öz növbəsində səfir A.Almauid görüşə görə təşəkkürünü bildirib. O, dost və qardaş Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, ticarət və turizm sahələrində inkişafında maraqlı olduqlarını qeyd edərək, fəaliyyət dövrü ərzində ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşün sonunda səfir Abdullah Məhəmməd Almauid etimadnaməsinin surətini xarici işlər nazirinin müavini Elnur Məmmədova təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.