SİYASƏT


Səfir Nəsimi Ağayev etimadnaməsini Almaniya Prezidentinə təqdim edib VİDEO

Berlin, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Almaniya Prezidenti səfirlə söhbət edib. Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər.

Səfir N.Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Almaniya Prezidenti Frank-Valter Staynmayer öz növbəsində Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, regional təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Almaniya Prezidentinin Berlindəki Bellevue İqamətgahında keçirilən mərasimdə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.