İDMAN


Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol turnirində oğlanların yarışına yekun vurulub

Bakı, 8 fevral, AZƏRTAC

Nərimanov rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 193 nömrəli tam orta məktəbin idman zalında şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar və qızlar arasında basketbol üzrə rayon birinciliyində oğlanların mübarizəsi başa çatıb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışın keçirilməsində məqsəd Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini anmaq, məktəblilərin basketbola marağını artırmaq, idmanın bu növünü inkişaf etdirmək, şagirdlərin fiziki sağlamlığına töhfə verməkdir.

Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 18 məktəbinin komandası mübarizə aparıb. Maraqlı idman mübarizəsinin yekununda 82 nömrəli tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. 291 nömrəli “Ekologiya” liseyinin komandası ikinci, “Tərəqqi” liseyinin təmsilçiləri isə üçüncü yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.