REGİONLAR


Şəhid Mayıl Qurbanovun xatirəsi yad edilib

İmişli, 8 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidən olan şəhid Mayıl Qurbanovun doğum günü qeyd edilib. Qəhrəmanın məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizdən biri də Qurbanov Mayıl Mais oğludur. O, 1996-cı ilin iyun ayının 8-də İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgid döyüşçü noyabrın 3-də Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidimizin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanıblar. Həmçinin şəhidin məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb və ruhuna dualar oxunub.

Mayıl Qurbanov döyüşlərdə göstərdiyi şücaətə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.