Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Şəhid əsgər yad edilib, qazi əsgərə döyüş medalı təqdim olunub

Bakı, 10 dekabr, AZƏRTAC 

Əsgər olmaq böyük şərəfdir. Əsgər Vətən əmanətidir. Qədirbilən xalqımız və dövlətimiz öz əsgərinə həmişə xüsusi önəm verib, onu digər vətəndaşlardan yüksəkdə tutub. Əsgər adına nəğmələr, dastanlar qoşulub, haqqında kitablar yazılıb, filmlər çəkilib, şərəfinə möhtəşəm abidələr ucaldılıb. Hər yerdə, hər məclisdə əsgər adı hörmətlə çəkilib, əsgər ailəsinə ehtiram göstərilib. Əsgərlərimiz isə xalqın və dövlətin bu isti münasibətindən daha da ruhlanıb, göstərilən böyük etimadı Vətən, xalq, dövlət qarşısında əsgəri borcunu, üzərinə düşən vəzifələri daha da ləyaqətlə, şərəflə, vicdanla yerinə yetirməyə çalışıb. Hər bir Azərbaycan əsgəri yaxşı bilir ki, doğma torpağını, yurd-yuvasını, xalqını, ata-anasını, doğmalarını, xalqımızın əsrlərdən bəri yaratdığı mədəniyyəti qoruyur. Ona Vətənin, sərhədlərimizin müdafiəsi kimi müqəddəs bir vəzifə etibar edilib.

Bu gün müstəqil respublikamızda əsgərə, müharibədə sağlamlığını itirən döyüşçüyə, şəhid valideynlərinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi “Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ona görə də biz heç vaxt bunu unutmamalıyıq və orduya olan qayğını daim əsas vəzifələrimiz kimi dərk etməliyik” fikirləri bu gün də aktualdır və Ali Baş Komandan İlham Əliyevin fəaliyyətində də prioritetdir. Ordumuzun gücü isə onun sıralarındakı əsgərlərin peşəkarlığından, döyüş və mənəvi-psixoloji hazırlığının, xüsusilə də vətənpərvərlik hissinin yüksək olmasından çox asılıdır.

AZƏRTAC xəbər verir ki, bütün bu məsələlər barədə Şəmkir hərbi birliyində keçirilən növbəti vətənpərvərlik tədbirində ətraflı söhbət açılıb.

Müdafiə Nazirliyinin və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə reallaşan “Əsgər şöhrəti gecəsi”ndə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla yad edilib və Azərbaycan Ordusunun ilk döyüşçülərindən olan qazi əsgər İsmayıl Qurbanova isə döyüş medalı təqdim edilib. Tədbir iştirakçıları bir daha əmin olublar ki, həqiqətən heç kim unudulmur, heç nə yaddan çıxmır. Əsgər ömrü şərəflidir, əsgər ölməzdir, unudulmazdır. Əsgər adı, şöhrəti tariximizdən silinməzdir.

Tədbir iştirakçılarını salamlayan general-mayor Xəqani Cəbrayılov Azərbaycan əsgərinin şücaətindən, rəşadətindən danışıb. Torpaqlarımızı zəbt edən yadellilərin qarşısına mərdanə çıxan oğulların dönməzliyindən, əfsanəyə çevrilmiş qəhrəmanlıqlarından söhbət açılıb. Keçən əsrin əvvəllərində daşnak-bolşeviklərə qarşı mərdliklə vuruşan, İkinci Dünya müharibəsində Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçən ata-babalarımız yad edilib, birinci Qarabağ müharibəsinin döyüş meydanlarında əcdadların qəhrəmanlıq ənənələrini davam etdirən, şəhidlik zirvəsinə ucalan, eləcə də 2016-cı ilin Aprel, 2018-ci ilin isə May döyüş əməliyyatları zamanı düşmən təxribatlarının qarşısının alınmasında, bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını paytaxt Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradlara gətirərək nümayiş etdirən ordumuzun mübariz hərbi qulluqçularının şərəfinə xoş sözlər deyilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Hər bir peşə şərəflidir. Ancaq Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir” fikirləri ilə çıxışına başlayan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “Ədəbiyyatda və incəsənətdə qəhrəman əsgər obrazı” mövzusunda geniş məruzə edib. Əsərlərində qəhrəman əsgər obrazı yaradan və onlara ümumxalq sevgisi qazandıran, əbədiyaşar ömür bəxş edən şair və yazıçılarımızın, rəssam və heykəltaraşlarımızın, bəstəkarlarımızın ən gözəl əsərləri nümunə göstərilib. Qeyd olunub ki, bu gün də ədəbiyyat və incəsənətimizdə ordu mövzusu, əsgər həyatının tərənnümü daim yaradıcı insanların diqqət mərkəzindədir. Azərbaycan əsgərinin şərəfinə neçə-neçə vətənpərvərlik mahnıları, hərbi marşlar, sənədli və bədii filmlər, rəngkarlıq əsərləri, heykəltaraşlıq nümunələri yaradılıb. Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılan abidə bunun bariz nümunəsidir.

Bildirilib ki, ordumuzun şəxsi heyətinin və xalqımızın haqlı olaraq “Döyüşən teatr” kimi tanıdığı Bakı Bələdiyyə Teatrı bu gün hərbi qulluqçuların qarşısında “Çingiz dastanı” ikihissəli mənzum tamaşa ilə çıxış edəcək. Abdulla Qurbaninin bu əsərinin baş qəhrəmanı da Azərbaycan Ordusunun əsgəridir. Bu əsgər isə hamımızın yaxşı tanıdığı, müasirimiz olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovdur.

Bakı Bələdiyyə Teatrının tamaşası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Hər bir əsgər Çingiz Qurbanovun qəhrəmanlığını döyüş meydanında təkrarlamağa hər an hazır olduğunu bildirib.

Çingizin ata və anasının obrazlarını yaradan Əməkdar artistlər Əfqan Soltanov və Səmayə Sadıxova tamaşadan sonra çıxış edərək vurğulayıblar ki, nəinki səhnədə, hətta döyüşdə də doğma övladlarını belə şəhid versəydilər, bugünkü kimi qürur hissi keçirəcəkdilər. Çingiz 22 yaşında şəhidlik zirvəsinə ucalıb. İllər ötəcək, əsrlər keçəcək, lakin o, ölməz bir qəhrəman kimi xatirələrdə, ürəklərdə əbədi yaşayacaqdır. Əsgər ölmür, əsgər unudulmur.

Sonra Azərbaycan Ordusunun ilk döyüşçülərindən biri, ehtiyatda olan gizir Qurbanov İsmayıl Cəlal oğlunun da tamaşaçılar arasında olduğu bildirilib. Nəzərə çatdırılıb ki, o, çox gənc yaşında könüllü olaraq əsgərliyə yollanıb. Atası Cəlal kişinin çağırış məntəqəsindən yola saldığı İsmayıl əvvəl Bakı ətrafındakı hərbi hissələrdən birində gənc əsgərlər kursunu keçib və Qarabağ uğrunda döyüşlərə yola düşüb. Tank əleyhinə divizionda xidmət edən əsgər Qurbanov komandiri olduğu heyət üzvləri ilə Ağdam, Ağdərə uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Düşmənin dörd tankını, bir PDM-ni məhv edən igid döyüşçü həmin vaxtlar dövlət mükafatına təqdim edilsə də, bu mükafat yalnız uzun illər keçdikdən sonra ona təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi birinci Qarabağ müharibəsinin əvvəllərində döyüşlərdə iştirak etmiş və fərqlənmiş hərbi qulluqçuların fəaliyyətlərini yenidən araşdırıb və vaxtilə orden-medallara təqdim edilən keçmiş döyüşçülərdən bir qrupu Prezidentin müvafiq sərəncamı ilə təltif edilib. Onlardan biri də Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan İsmayıl Qurbanovdur.

Bildirilib ki, müharibə veteranı İsmayıl Qurbanovun atası Cəlal kişi bu gün həyatda yoxdur. Lakin keçmiş döyüşçü mükafatı almağa atasının adını daşıyan, əsgərliyini yenicə başa vurmuş oğlu Cəlalla gəlib.

Polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçusu gizir Qurbanov İsmayıl Cəlal oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamını diqqətə çatdırdıqdan sonra general-mayor Xəqani Cəbrayılov müharibə veteranını yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib və alqışlar altında medalı ona təqdim edib.

Ehtiyatda olan gizir “Azərbaycan Respublikasına xidmət edirəm” deyərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib və oğlu ilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik