CƏMİYYƏT
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriliblər ki, iclasda bir sıra məsələlərlə yanaşı 2016-2020-ci illər üçün “Şəkərli Diabet üzrə Dövlət Proqramı”, “İİV-QİÇS-lə mübarizə üzrə Dövlət Proqramı” çərçivəsində tədbirlər planlarının həyata keçirilməsi barədə 2017-2018-ci illərin hesabatının dinlənməsi də müzakirə edilib.
Bundan əlavə şuranın gündəliyinə daxil edilən digər məsələlər, o cümlədən akkreditasiya dair müraciətlər və Elmi-Tibbi Şuraya daxil olan, aidiyyəti üzrə mütəxəssislərdən müsbət rəy alan işlər ətrafında da fikir mübadilələri aparılıb.