REGİONLAR
Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə tələbə adını qazanan 10 məzun Prezident təqaüdünə layiq görülüb
Şəki, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Prezidentinin 2022-ci il 3 oktyabr tarixli Sərəncamına əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə tələbə adını qazanmış 10 məzun bu təqaüdə layiq görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, Regional İdarə üzrə Prezident təqaüdünə layiq görülənlərin 7-si Qəbələ rayonunun yetirmələridir. Eyni zamanda, Şəki rayonu üzrə 2, Balakən rayonu üzrə isə 1 tələbə Prezident təqaüdünə layiq görülüb.