CƏMİYYƏT


Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə açıqlama verilib

Bakı, 17 iyul AZƏRTAC

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. İlkin Məmmədov vəziyyəti isə orta-ağır stabildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.