İQTİSADİYYAT


Səkkiz ayda Azərbaycanda 17,5 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Energetika Nazirliyi bu ilin yanvar-avqust aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 8 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 milyon kilovat/saat azalaraq 17 milyard 502,7 milyon kilovat/saat olub.

Hesabat dövründə keçən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 231,2 milyon kilovat/saat artaraq 16 milyard 415,5 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 357,8 milyon kilovat/saat azalaraq 846,6 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 4,5 milyon kilovat/saat azalaraq 240,6 milyon kilovat/saat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.