İQTİSADİYYAT
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair "Daxili nəzarət. Risklərin idarəolunması. Məsuliyyət" mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov daxili nəzarət və risklərin idarə olunması institutları, onların məqsəd və vəzifələri, fəaliyyət prinsipləri, risklərin növü və təsnifatlaşdırılması barədə məlumat veriblər.
Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən səkkiz mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq yeddi belə təlim keçirilib.