Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sənət dünyasının tarixi yaddaşı-Niyazinin mənzil-muzeyi

Bu gün maestro Niyazinin mənzil-muzeyinin fəaliyyətə başlamasından 25 il ötür

Bakı, 17 sentyabr, AZƏRTAC

Görkəmli dirijor Niyazinin adını daşıyan mənzil-muzeyi, istər onun təmayülünü, istərsə də şəxsiyyət kimi insani mahiyyətini tarix üçün əbədi olaraq arxivləşdirib. 25 ildir muzey kimi fəaliyyət göstərən bu ocaq xalqımızın maddi-mənəvi xəzinəsi və tarixi sayılan böyük şəxsiyyət-maestronu ürəklərdə yaşadaraq onun mükəmməl yaradıcılığının mühafizəkarına çevrilib. O, bu mənzildə 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb, yaradıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan bu muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də ulu öndər Heydər Əliyevin iştirakı ilə reallaşıb. Elə o tarixdən etibarən muzey fəaliyyətə başlayıb. Şəhərin mərkəzi küçələrindən birində yerləşən bu mənzil dahi şəxsiyyətin əbədi xatirəsini nəsillərə ötürərək sənət dünyamızın bənzərsiz tarixini yaşatmaqda davam edir. Bu mənzildə maestro, ömür-gün yoldaşı, 51 il birgə xoşbəxt yaşadığı Həcər xanımla, dövrünün çox dəyərli simaları ilə elm-sənət söhbətləri edib, unudulmaz görüşlər keçirib. Bu mənzil Niyazi musiqisinin, onun bəstələrinin, məşqlərinin ən etibarlı şahididir.

                                             Muzeydə yaşayan ömür

Muzeyə daxil olarkən onun divardan asılan böyük tablosu sanki səni salamlayır, bir anlıq onunla eyni millətin övladı olmağınla fəxr edirsən. Qoxusunu alırsan Niyazinin, bir növ özünü onun müasiri kimi hiss edirsən. Memorial otaqlar, ekspozisiya zalı və qonaq otağı- hər birində maestronun özünü, onun böyüklüyünü və dahiliyini hiss edirsən.

Bu tarixi məkanla yaxından tanış olmaq üçün muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramovla həmsöhbət olduq. Rza müəllim deyir ki, son iki ildə muzey tərəfindən maestro yaradıcılığına aid 67 material əldə olunub. Bunlar əsasən fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, rəsm əsərləri, DVD və CD disklərdir. Təkcə 2017-ci ildə əldə olunmuş materialların sayı 72 ədəd olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görüb.

Muzey Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində də fəaliyyətini mükəmməl şəkildə qurub.

Mənzil-muzeyin əsas vəzifəsi maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıtmaqdır. Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Niyazinin mənzil-muzeyi yaradılarkən əldə olunmuş materialların sayı 4707 ədəd olub. Hazırda muzeydə 6500-dək eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramvalları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Tarixi Muzeyində 273 ədəd, S.Mümtaz adına Azərbaycan Dövlət İncəsənət və Ədəbiyyat arxivində 1604 qovluqda 4905 ədəd, Mərkəzi Dövlət Səsyazıları Arxivində 214 ədəd saxlanılır. Ümumiyyətlə, muzeyimiz Niyazi arxivinin zənginləşdirilməsi, təbliği və tədqiqi məqsədilə toplama işini həmişə diqqət mərkəzində saxlayır.

Niyazi dünya musiqi xəzinəsinin tanınmış incilərinin yaddaşında...

Muzeyin əməkdaşları arxivlərlə ictimaiyyətin tanışlığı üçün məqsədyönlü işlər görür. Azərbaycan Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın təşəbbüsü ilə nəşr olunmuş nəşrlər arasında “Piano üçün pyeslər” not kitabı və bu kitaba daxil olan əsərlərin CD diski də elə muzey işçiləri tərəfindən hazırlanıb. Niyazinin mənzil-muzeyinin bukleti Azərbaycan və rus dillərində çap edilib. Bundan əlavə, çap edilən “Təsviri sənət əsərləri Niyazinin mənzil-muzeyində” açıqca dəstinə demək olar ki, muzeydə saxlanılan görkəmli təsviri sənət ustalarının Niyazi ilə bağlı yazdıqları 16 ədəd əsərləri daxildir. Eyni zamanda, “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı kataloqunu (burada Niyazinin not əlyazmaları, sənədlər, proqramlar və afişaların siyahısı fotoşəkillərlə birgə təqdim olunur) göstərmək olar. Həmçinin buraya rəssamlar Böyükağa Mirzəzadə, Həsən Haqverdiyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, heykəltəraşlar Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Cümşüd İbrahimov və başqalarının əsərləri də daxildir.

Qeyd etmək lazımdır ki, bu işlərdə Mədəniyyət Nazirliyinin bilavasitə rəhbərliyi və maddi dəstəyi də önəmli rol oynayır. Muzeydə vaxtaşırı ölkəmizin musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunmuş tədbirlər, Niyazinin xatirə gecələri, sərgilər təşkil olunur. Bu istiqamətdə gördüyümüz işlər Niyazi yaradıcılığının təbliğinə yönəlib. Bu gün muzeyə elmi-tədqiqat işləri üçün müraciət edənlərin sayı da yetərincədir. Hər zaman Niyazinin fond materiallarından istifadə üçün muzeyə müraciət edən hər bir şəxsə, təşkilata, elm və mədəniyyət müəssisələrinin nümayəndələrinə film, o cümlədən veriliş çəkilişi üçün müraciət edən televiziya şirkətlərinə müvafiq qaydada imkanlar yaradılıb. Muzeyə mütəmadi olaraq arxivlərdən istifadə etməklə tədqiqat işləri aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri- bəstəkarlar, musiqişünaslar, ali təhsil ocaqlarının magistr və tələbələri müraciətlər edirlər. Eyni zamanda, hər il adı çəkilən tədris ocaqlarının tələbələri muzeydə tədris təcrübəsi keçirlər. Dünya musiqi xəzinəsinin tanınmış inciləri- dirijorlar, bəstəkarlar ölkəmizə səfərə gələndə həmkarlarını yad eləməkdən ötəri muzeyə baş çəkir, həmkarlarını yad edirlər. Son dövrlərdə muzeyi ziyarət etmiş məşhur musiqiçilərdən dünya şöhrətli dirijor Yuri Temirkanov və SSRİ Xalq artisti Tamara Sinyavskayanı xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Türkiyənin məşhur dirijoru Gürer Aykal, məşhur pianoçu İdil Biret, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru M.A Brızqalov, görkəmli dirijor, Belarusun Xalq artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç, Latviyanın tanınmış dirijoru Andris Vekumnieks və başqalarını göstərmək olar. Niyazinin mənzil-muzeyi mövcud olduğu dövr ərzində Azərbaycan xalqının yüksək musiqi mədəniyyətinə, incəsənətə malik olduğunu təbliğ etmək və Niyazi irsinin gələcək nəsillərə çatdırılması naminə daim fəaliyyətdə olan canlı təşkilat statusunu qoruyub saxlayır. Çünki Niyazi sənəti əbədidir. Onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb.

Maestronun mənzil-muzeyi dövlət qayğısı ilə əhatələnib

Ölkəmizdə muzeylərə diqqət və muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, həmişə muzeylərə böyük önəm verərək bu sahəyə diqqət və qayğı ilə yanaşıb. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Bu gün də o ənənə davam etdirilir. R. Bayramov söyləyir ki, maestronun mənzil-muzeyi və onun əməkdaşlarına dövlət tərəfindən yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə və incəsənətimizə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan muzeyləri son illər inkişaf dövrünü yaşamaqdadır: “Bu qayğı bizi daha yaxşı işləməyə, mədəni irsimizi daha yaxşı təbliğ etməyə ruhlandırır. Əməyimizin mütəmadi olaraq bu cür yüksək qiymətləndirilməsi, bizə, sadə muzey işçilərinə böyük stimul olmaqla yanaşı, fəaliyyətimizə göstərilən diqqətin təzahürüdür. Buna görə ölkə rəhbərliyinə minnətdarıq. Göstərilən bu etimadı bundan sonra da doğrultmağa çalışacağıq”.

 Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı