Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sentyabrda Azərbaycanda ticarət-sənaye sərgiləri mövsümü başlayır

Sentyabrda Azərbaycanda ticarət-sənaye sərgiləri mövsümü başlayır

Bakı, 27 avqust, AZƏRTAC

Sentyabr ayında Azərbaycanda “Iteca Caspian” və “Caspian Event Organisers” sərgi şirkətləri tərəfindən təşkil olunan ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür.

“Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, payız mövsümünün sərgiləri çərçivəsində iqtisadiyyatın qeyri-neft sektoru əhatə olunacaq və bu sərgilər Azərbaycanın dövlət strukturlarının dəstəyi ilə keçiriləcək.

Builki sərgi mövsümü öz işinə iki yeni sərgi – I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi “Gift&Promo Fair” və I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint” sərgiləri ilə başlayacaq. Hədiyyə sənayesinin özünəməxsus vitrini olan “Gift&Promo Fair” sərgisində geniş çeşiddə biznes və “VIP” hədiyyələri, reklam və təşviqat suvenirləri, eləcə də sevdikləriniz və dostlarınız üçün özəl hədiyyə seçimləri təklif olunacaq. “AdPrint” sərgisində isə reklam və çap sahəsində innovativ məhsul və xidmətlər nümayiş etdiriləcək. Hər iki sərgi sentyabrın 20-22-də “Boulevard Hotel Baku” otelində keçiriləcək.

Adıçəkilən tədbirlərdən sonra sərgi mövsümü öz işini III Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi ilə davam etdirəcək. Regionda silah və hərbi texnikanın nümayiş etdirildiyi ən böyük ekspozisiyalardan biri olan bu genişmiqyaslı sərgi müasir silah və texnikanın, habelə Azərbaycanın müdafiə-sənaye kompleksinin güc və qüdrətinin parlaq nümayişidir. Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” şirkəti çıxış edir.

“ADEX” sərgisində hərbi və ikitəyinatlı məhsulları təqdim edən müəssisə və təşkilatların sayı ilə yanaşı, sərgidə nümayiş etdirilən eksponatların da sayı durmadan artır. Bu il sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu və açıq meydançasını əhatə edəcək. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edəcək. Tədbirdə İtaliya, Bolqarıstan, Çin, Hollandiya, Litva və digər ölkələrin aparıcı şirkətləri tərəfindən quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri üçün raket nümunələri, hərbi dəniz gəmiləri, paraşüt/aviasiya avadanlıqları, PUA sistemləri, atıcı və artilleriya silahları, eləcə də müxtəlif döyüş sursatları, simulyatorlar (trenajorlar) və bir sıra digər məhsullar təqdim olunacaq. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi məşhur korporasiya və şirkətlər iştirak edəcək. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda isə ən son silah və hərbi texnika nümayişi xüsusi maraq doğuracaqdır. Peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcək.

Həmçinin builki payız sərgi mövsümünün təqviminə hər il keçirilən və artıq ənənəyə çevrilmiş sərgilər də daxil edilib: XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi “Education 2018”, XII Azərbaycan Beynəlxalq Karyera Sərgisi “Career 2018”, XXIV Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild Azerbaijan 2018”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo”, XI Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpaolunan Enerji Sərgisi “Aquatherm Baku”, XI Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi “CIPS”, IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi “Caspian Ecology” və XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı “Bakutel 2018”.

Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, eləcə də tematik konfranslar təşkil olunacaq. Burada mütəxəssislər, nazirlik nümayəndələri, sənaye ittifaqları və assosiasiyaların rəhbərləri, o cümlədən jurnalistlər ilə görüşmək imkanı olacaq. Sərgi iştirakçıları, habelə yerli istehsalçılar və distribütorlar arasında keçirilən “B2B” formatlı görüşlər bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün effektiv işgüzar platformaya çevriləcək. Bunun nəticəsi isə səmərəli tərəfdaşlıq münasibətləri və distribütor şəbəkələrinin yaradılması, eləcə də yerli bazara yeni mal və xidmət növlərinin çıxarılması ola bilər. Həmçinin sərgilərin açılışından xeyli əvvəl iştirakçılara sərgilərdəki bütün resurslardan səmərəli istifadə olunmasında köməklik göstərmək üçün işgüzar nahar ənənəsi davam etdiriləcək.

Bu mövsümdə təşkilatçılar tərəfindən bir sıra yenilikləri də tətbiq olunacaq. Belə yeniliklərdən biri “BakuBuild Azerbaijan” sərgisində qeydiyyatdan keçmiş ziyarətçilərə tövsiyə olunan sərgi iştirakçılarının siyahısının təqdim edilməsidir (sözügedən siyahı ziyarətçilərin profilinə əsasən hazırlanır). Bu rahat və pulsuz xidmət sərgidə şirkətlərin axtarışına sərf edilən vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə və bu vaxtı potensial tərəfdaşlar ilə işgüzar danışıqlara sərf etməyə şərait yaradacaq.

Bundan başqa, bütün sərgilərin veb-saytlarında eksponent və ziyarətçinin “Şəxsi kabinet”i fəaliyyət göstərir. Bu funksiya sayəsində hər iki tərəf sərgilərin imkanları, təqdim edilən məhsullar və sərgi çərçivəsində keçirilən işgüzar tədbirlər barədə ətraflı məlumat ala, eləcə də digər imkanlar ilə yanaşı, təşkilatçıların ən son yenilikləri ilə tanış ola biləcək.

Hələ cari ilin birinci yarısında sərgi təşkilatçıları özlərinin sosial məsuliyyət proqramı çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlərə start veriblər. Bu proqrama əsasən, şirkətlər ofislərdə istifadə etdikləri bütün kağız məmulatlarını emala və təkrar istifadəyə təqdim edir. Bundan başqa, sərgidə ziyarətçi və iştirakçılara verilən bütün “beyc”lər kağızdan hazırlanacaq. Hər sərgini orta hesabla 5 min nəfər ziyarət edir. Kağız “beyc”lərə keçid plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Həmçinin növbəti ildən etibarən, sərgilərdə plastik paketlərdən tamamilə imtina etmək və təkrar emal edilmiş kağızlara keçmək nəzərdə tutulub.

Beləliklə, Azərbaycanın paytaxtını daha bir zəngin sərgi mövsümü gözləyir. Sərgilər yeni şirkətləri cəlb edərək beynəlxalq əməkdaşlığın əsasını qoymaqla yanaşı, sənayedəki vəziyyəti təhlil etməyə və onun inkişaf təmayülünü izləməyə kömək edəcək və bazara yeni məhsulların çıxarılmasına şərait yaradacaq. Sərgilər köhnə əlaqələrin dəstəklənərək möhkəmləndirilməsi üçün əla platformaya, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yaradıldığı məkana çevrilib. Bu baxımdan, təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar. Sərgilər nüfuz baxımından da çox vacibdir, belə ki, sənaye sərgiləri iştirakçılara baxış olmaqla yanaşı, görülmüş iş və onun nəticələri barədə özünəməxsus hesabatdır.

Payız mövsümündə keçiriləcək sərgilərin veb-saytlarında ziyarətçilər üçün qeydiyyat prosesinə artıq start verilib və ziyarətçilər burada qeydiyyatdan keçə bilər. Sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Bu il üzrə sərgilərin tərəfdaşları arasında “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər), “Qafqaz Point Hotel” və “Premier Tour” şirkəti (rəsmi turoperator) yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO