CƏMİYYƏT
Sentyabrın 24-ü Beynəlxalq Karlar Günüdür
Bakı, 24 sentyabr, AZƏRTAC
Hər il sentyabrın sonuncu bazar günü Beynəlxalq Karlar Günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə lalların və karların Ümumdünya Federasiyasının yaradılmasının şərəfinə təsis edilib. Bu günün hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.
AZƏRTAC xəbər verir ki, statistikaya görə, dünyada təxminən 650 milyon nəfər, başqa sözlə, hər doqquz nəfərdən biri eşitmə problemlərindən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onlardan təxminən 328 milyon nəfəri, o cümlədən 32 milyon uşaq eşitmə qabiliyyətini itirənlərdir.
Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.
Müxtəlif yaşda eşitməni itirən məşhurlar arasında intibah dövrünün şairi Pyer de Ronsar, bəstəkar Lüdviq van Bethoven, yazıçılar Viktor Hüqo, Jan Jak Russo və Karel Çapek, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen və başqaları var.
Hazırda planetdə 2500 dil var. Lakin insanlar arasında, xüsusilə də alimlərin daha çox maraqlandığı ünsiyyət forması - baxışların və jestlərin dili də mövcuddur.