İDMAN


Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı, 27 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Azərbaycan millisi bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləri ilə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov komandaya Romada Avropa çempionatında olduğu kimi, uğurlu nəticə qazanmağı arzulayıb.

Dünya çempionatında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Bəşir Verdiyev (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.